İyulun 4-də Günəşdə səkkiz güclü partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (TGİ) açıqlamasına istinadən məlumat yayıb.
İyulun 4-ü Moskva vaxtı ilə 03:00-dan etibarən (Bakı vaxtı ilə 04:00-da) Günəşdə davametmə müddəti 15-36 dəqiqə aralığında dəyişən, M1.1 və M4.1 dərəcələri arasında partlayışlar baş verib.
İnstitutun məlumatına əsasən, ötən bir sutka ərzində müşahidə edilən maqnit qasırğasının gücü G3 səviyyəsinə yüksəlib.
Qaynar xətt:
(055) 224 12 12