Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Güney Azərbaycanda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb: Çox sayda yaralanan var
İranın Qəzvin əyalətində Ərbəin mərasiminə zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
"Bu gün səhər saatlarında 44 zəvvarı daşıyan avtobus Qəzvin-Rəşt magistralında Kuhin bölgəsində "Nissan" markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə 15 sərnişin yaralanıb", - deyə Qəzvin əyalətinin Yol Polisi İdarəsinin rəisi polkovnik Fərhad Zakeri Məneş bildirib.
Onun sözlərinə görə, dörd nəfər dərhal xəstəxanaya aparılıb, digər zərərçəkənlər isə ambulator müalicə olunublar.
"İran" teqi üzrə xəbərlər
- Trampın bəyanatları neftin qiymətinin artmasına səbəb olub
- "Qiyamət günü" radiostansiyası İsrailin İrana zərbə endirməsindən əvvəl mesajlar göndərib
- Tarix yenidən yazılır: İran İsraili öz silahı ilə vurur?
- İran XİN: "Bəzi Avropa ölkələri açıq şəkildə İsrailə meyil edirlər"
- İsraildən İrana "peycer əməliyyatı" xəbərdarlığı
Ən çox oxunanlar