Suriyanın Hələb şəhəri müxalifət qüvvələrindən tamamilə azad edilərək ordunun nəzarətinə keçib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “RİA Novosti” Suriya ordusu komandanlığının bəyanatına istinadən məlumat verir.
“Suriya ordusu komandanlığı Hələb şəhərində sülhün və təhlükəsizliyin bərpa olunduğunu elan edir”, - deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, bu gün müxalifət qüvvələrinin nümayəndələrini daşıyan sonuncu avtobus karvanı şərqi Hələbi tərk edib.
S.B.
www.oxu.az