Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
HƏMAS-ın daha bir lideri İsrail tərəfindən məhv edildi
İsrailin Qəzza zolağına hücumu nəticəsində HƏMAS-ın hərbi qanadının komandanı Muhəmməd əd-Deyf məhv edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) "X" hesabında xəbər verilib.
Məlumata görə, o, iyulun 13-də Qəzza zolağında Xan-Yunisə hava zərbəsi nəticəsində öldürülüb.
"Muhəmməd əd-Deyf HƏMAS-ın hərbi qanadının komandanı və Qəzza zolağında HƏMAS-ın rəhbərliyində ikinci şəxs idi. Muhəmməd İsrailin cənubunda 1200 nəfərin öldürüldüyü və 251 girovun Qəzza zolağına qaçırıldığı 7 oktyabr qırğınının təşəbbüskarı, hücumu planlaşdıranı və həyata keçirəni olub", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehranda iqamətgahına raket hücumu nəticəsində öldürülüb.
Rəylər