Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gürcüstandan olan bir qrup jurnalist, bloqqer və alimlərlə görüşüb.
Bu barədə o, özünün “Twitter” hesabında məlumat verib.
“Qonşu Gürcüstandan olan jurnalist, bloqqer və alimləri salamlamaqdan məmnunam. Geniş miqyaslı regional mövzularda dostcasına ətraflı fikir mübadiləsi apardıq. Gürcü dostlar Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələrini, xüsusilə Şuşa və Ağdamı da ziyarət edəcəklər”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Pleased to welcome journalists, bloggers, academicians from neighboring Georgia. We had friendly and broad exchange of views on wide ranging regional issues. Georgian friends will also visit Eastern Zangazur and Karabakh Economic Zones, particularly Shusha and Agdam. 🇦🇿🇬🇪 pic.twitter.com/V8KYSvJ196
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 20, 2021