Naməlum şəxslər ABŞ-ın Skranton şəhərinin qəbiristanlığında Hillari Klintonun atasının qəbrinin başdaşını təhqir ediblər. Bu barədə The Times-Tribune məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Pensilvaniya polisi vandalizm faktı ilə bağlı araşdırmaya başlayıb.
Qeyd olunur ki, bu insident Klintonun 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirakını rəsmən bəyan etdiyi gündən sonrakı gündə baş verib.
www.oxu.az