Kəşmirdə Hindistan və Pakistan sərhədçiləri arasında atışma nəticəsində ən azı 12 nəfər ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Hindistanın Cammu və Kəşmir ştatlarında baş verən hadisələr nəticəsində yeddi nəfər dinc əhali – dörd qadın və üç uşaq ölüb.
Pakistan ordusunun mətbuat xidmətinin məlumatına görə, Nakial sektorunda atışma zamanı dörd mülki vətəndaş ölüb, altı nəfər yaralanıb.
N.O.
www.oxu.az