Hindistanda bayker tikinti mallarını daşıyan yük maşınına çırpılıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, motosiklet sürücüsü qəzadan sonra sağ qalıb, lakin dəhşətli xəsarətlər alıb: bir neçə armatur parçası onun boynunda ilişib qalıb.
Sürücü dərhal xəstəxanaya gətirilib və burada ona həkimlər kömək ediblər. Hal-hazırda o evdə müalicəsini davam etdirir.