Dehlinin Qadın və uşaqlarla iş naziri istefaya göndərilib. Səbəb isə onun KİV-də iki qadınla seks-videosunun yayılması olub.
Oxu.Az bu barədə “The Hindu”ya istinadən xəbər verir.
Sandip Kumar avqustun 31-də milli televiziyada onun iki qadınla görüntülərinin yayılmasından sonra vəzifəsindən kənarlaşdırılıb.
“Digər partiyalardan fəqli olaraq, biz nazir və partiya işçilərimizin günahlarını sübut edən faktları ört-basdır etməyəcəyik”, - Delinin baş naziri Arvind Kecrival bildirib.
Kumar özü siyasi oyunun qurbanı olduğunu hesab edir.
Sandip Kumar Dehlidə yerləşən Saltenper Majra seçki dairəsini təmsil edir.
N.O.
www.oxu.az