Hindistanın Mumbay bölgəsində iyrənc hadisə baş verib.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, dərs çalışmaları üçün məktəbli qız sinif yoldaşları ilə görüşüb.
Lakin qızın 4 sinif yoldaşı bu görüşdən sui-istifadə edərək onu zorlayıblar. Bu, azmış kimi sinif yoldaşları etdiyi iyrənc hərəkəti videoya çəkərək “WhatsApp” üzərindən yayıblar. Artıq polis cinayətkarları yaxalayıb.
Qeyd edək ki, qız bu sinif yoldaşları ilə tez-tez görüşərək hər dəfə birinin evində olmaq şərtilə dərs çalışmalarını birgə edirmişlər.
A.M.