Hindistanın Çxattisqarx ştatında yaraqlıların hücumu nəticəsində Mərkəzi ehtiyat polis qüvvələrinin ən azı 11 əməkdaşı ölüb, daha beş nəfər isə yaralanıb.
Oxu.Az bu barədə NDTV-yə istinadən xəbər verir.
Daha öncə 9 nəfərin öldüyü barədə məlumat yayılmışdı.
Hadisə şənbə günü Sukma dairəsində baş verib. Yaraqlılar pusqudan polislərə atəş açıblar. Onlar ölən polislərin silahlarını götürüblər.
12:05
Hindistanın Çxattisqarx ştatında yaraqlıların hücumu nəticəsində Mərkəzi ehtiyat polis qüvvələrinin ən azı doqquz əməkdaşı ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə ANI agentliyi ştatın Baş naziri Raman Sinqxa istinadən məlumat yayıb.
Hadisə şənbə günü Sukma dairəsində baş verib. Baş verənlərin təfərrüatı açıqlanmır.
Hindistanda naksalitlər adlandırılan yaraqlılar ölkənin Bihare, Çxattisqarx, Carkhande, Orisse və digər ştatlarda fəaldırlar. Yaraqlılar partizan müharibəsi aparır, yaşayış məntəqələrində hakimiyyət nümayəndələrinə hücum etmək üçün gizləndikləri cəngəlliklərdən çıxırlar.
N.О.
www.oxu.az