Hindistanın şimal-şərqində bir qrup insan türməyə hücum edib və orada olan zorlamada ittiham olunan şəxsi ölənə qədər döyüb. Bu barədə Hindu nəşri məlumat verib.
Oxu.Az RİA Novotsi-yə istinadən xəbər verir ki, insident Naqalend ştatının Dimapur şəhərinin mərkəzi türməsində baş verib. Əsəbi kütlə türməyə hücum edib, cinayətkarı küçəyə çıxarıb və onu döyüb öldürüb. Bir neçə polis və şəxsi avtomobil xəsarət alıb.
“Zorlamada ittiham olunan şəxs ehtimala görə, Banqladeşdən gələn qanunsuz miqrant olub”, - ştatın polis rəhbəri deyib.
Öldürülmüş şəxs Fərid Xandır. O, fevralın 23-də naqa tayfasından olan qızın zorlanması üzrə şübhəli bilinənlər arasındadır.
İğtişaşlardan sonra şəhərdə komendadnt saatı elan olunub.