Yəmənin üsyançı "Ənsar Allah" hərəkatına mənsub husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına və maliyyə mərkəzinə iki ballistik raketlə zərbə endirdiklərini iddia ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria özünün "Telegram" kanalında məlumat yayıb.
Bundan əlavə, Saria Yəmənin cənubundakı Ləhc əyalətində Səudiyyə Ərəbistanı qüvvələrinin mövqelərinə altı ballistik raketlə hücum edildiyini bildirib.
Onun sözlərinə görə, hücumlar nəticəsində onlarla hərbçi ölüb və yaralanıb, həmçinin çoxlu sayda hərbi texnika məhv edilib.