ABŞ Quru Qoşunları Texas ştatında baş vermiş qəza ilə əlaqədar olaraq "AH-64 Apache" helikopterlərinin təlim uçuşlarının dayandırıldığını elan edib.
Oxu.Az xəbər verir ki, yayımlanan rəsmi açıqlamaya əsasən, ABŞ Quru Qoşunlarının komandanlığı qəzanın yaranma səbəbləri tam aydınlaşana qədər "AH-64 Apache" təlim uçuşlarının dayandırılması barədə göstəriş verib.
Avqustun 12-də "Apache" helikopteri Texas ştatının mərkəzi bölgəsində qəzaya uğrayıb. Hadisə nəticəsində hava gəmisinin göyərtəsində olan hər iki şəxs həyatını itirib.
Qaynar xətt:
(055) 224 12 12