İlon Mask süni intellekt (Sİ) sahəsində əsas rəqibi Sem Altmana qarşı məhkəmədə yenə uduzub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Məlumata görə, San-Fransiskodan (Kaliforniya ştatı) olan federal hakim Rita Lin planetin ən zəngin adamına məxsus "xAI" şirkətinin "OpenAI" startapını çatbotların kommersiya sirlərini oğurlamaqda günahlandırdığı şikayətini rədd edib.
Hakimin qənaətinə görə, "xAI" rəqib firmanın keçmiş mühəndislərdən birini özünə cəlb edərək onu "Grok" çatbotu barədə məxfi məlumatları paylaşmağa təşviq etdiyini sübut edə bilməyib. İddia belə bir addımın "faydasızlığı" səbəbindən məhkəməyə təkrar müraciətə qadağa qoyulmaqla rədd edilib.
Maskın startapı 2025-ci ildə "OpenAI"a qarşı "xAI"ın kommersiya sirrini mənimsədiyi və onun əməkdaşlarını özünə cəlb etdiyi iddiası ilə məhkəməyə müraciət etmişdi.
Bundan öncə Oklend (Kaliforniya ştatı) dairə məhkəməsi Maskın Altmana qarşı iddia ərizəsini rədd etmişdi. 2024-cü ildən davam edən məhkəmə çəkişməsi çərçivəsində "xAI"ın sahibi "OpenAI" rəhbərinin istefasına nail olmağa çalışır. İki il əvvəl Mask məşhur "ChatGPT" çatbotunun tərtibatçısı olan "OpenAI"ı məhkəməyə vermiş, şirkət rəhbərliyini onun fikrincə, fəaliyyətinin qeyri-kommersiya xarakteri daşıyacağına dair ilkin missiyasından imtina etməkdə ittiham etmişdi.
Media vasitələrinin məlumatlarına əsasən, Mask və Altman arasında olan bu münasibətlərin aydınlaşdırılması prosesi 2015-ci ildən bəri davam edir.