İndoneziyada baş verən 6.7 maqnitudalı zəlzələ nəticəsində azı üç nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə rəsmi məlumatlara istinadən "Antara" agentliyi məlumat yayıb.
Bildirilir ki, təbii fəlakət nəticəsində daha 108 nəfər müxtəlif dərəcəli xəsarətləri alıb.
Bütövlükdə zəlzələ və onun yaratdığı fəsadlar təxminən 6400 insana ziyan vurub.
Daha əvvəl güclü zəlzələ nəticəsində azı bir nəfərin öldüyü, onlarla şəxsin xəsarət aldığı barədə məlumat verilmişdi.
Qeyd edək ki, yeraltı təkanların episentri təqribən 282 min əhalisi olan Palu şəhərindən (Sulavesi adası) 46 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.