İngiltərə Premyer Liqasının 3-cü turunda London derbisi baş tutub.
Oxu.Az xəbər verir ki, "Emireyts" stadionunda "Arsenal" "Çelsi"ni qəbul edib.
Görüş 2:1 hesabı ilə "topçular"ın qələbəsi ilə başa çatıb.
İkinci dəqiqədə Morqan Rocers bu oyunda hesabı açaraq "Çelsi"ni önə keçirsə də, 25-ci dəqiqədə Kay Haverts hesabı bərabərləşdirib. 50-ci dəqiqədə Martin Edeqor "Arsenal"ın qələbəsini təmin edib.
Bu oyundan sonra "Arsenal" turnir cədvəlində 9 xalla ikinci pillədə qərarlaşıb. "Çelsi" isə 6 xalla dördüncü yerdədir.
Növbəti turda "topçular" sentyabrın 12-də "Sanderlend"lə, "mavilər" isə "Hall Siti" ilə qarşılaşacaq.