İngiltərədə bir cütlük evlərinin bağçasında qazıntı işləri apararkən təsadüfən qədim qızıl sikkələr tapıblar.
Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, tapılan qiymətli əşyaların XV-XVI əsrə aid olduğu müəyyənləşib.
Mütəxəssislər hesab edirlər ki, XVI əsrdə bir evin dəyərinə bərabər olan dəfinə kral VIII Henrix monastırları ləğv edərkən varlı bir keşiş tərəfindən sərvətini məmurlardan qorumaq üçün gizlədilib.
Müzakirələrdən sonra cütlük qızılları hərracda sataraq, 500 min dollar qazanıblar.
Hərracda qədim sikkələr start qiymətindən təxminən iki dəfə baha satılıb.