İordaniyanın hakimiyyət orqanları Şimali Koreya ilə diplomatik əlaqələri kəsməyi qərara alıb.
Oxu.Az xəbər verir ki, bu barədə krallıqdakı mənbə France-Presse-ə məlumat verib.
“KXDR ilə heç bir zaman güclü olmayan diplomatik əlaqələrin pozulması, İordaniyanın siyasətinə uyğun olub”, – deyə mənbə bildirib.
Müvafiq qərar İordaniya Kralı Abdullah II fərmanı ilə təsdiq olunub.
A.M.
www.oxu.az