Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İran-ABŞ danışıqlarının ikinci raundu Maskatda olacaq
İran XİN-nin sözçüsü İsmail Bəqai İran-ABŞ danışıqlarının ikinci raundunun Omanın paytaxtı Maskatda keçiriləcəyini bildirib.
Oxu.Az xəbər verir ki, İ.Bəqai bunu IRNA-ya müsahibəsində deyib.
"Məsləhətləşmələrdən sonra qərara alındı ki, Maskat şənbə günü keçiriləcək danışıqların ikinci mərhələsinə ev sahibliyi etməyə davam etsin", - deyə o vurğulayıb.
Daha əvvəl Niderland xarici işlər naziri Kaspar Veldkamp danışıqların İtaliyada keçiriləcəyini bildirmişdi.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar