"ABŞ irəli sürülən şərtlərlə razılaşarsa, İran bir həftə ərzində Hörmüz boğazını açmağa hazırdır".
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi adının açıqlanmasını istəməyən yüksəkvəzifəli İran rəsmisinə istinadən məlumat yayıb.
"Əgər ABŞ hərbi təzyiqləri azaldarsa, İran Hörmüz boğazını yeddi gün ərzində aça bilər", - deyə o qeyd edib.
Mənbənin sözlərinə görə, bununla yanaşı, rəsmi Vaşinqton İran limanlarına tətbiq etdiyi blokadanı da aradan qaldırmalıdır.
Qaynar xətt:
(055) 224 12 12