İranın ali lideri, silahlı qüvvələrin baş komandanı Əli Xameneyinin sərəncamı ilə İran Silahlı Qüvvələrinin baş qərargah rəisi dəyişib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə general-mayor Məhəmməd Baqeri təyin edilib.
Əvvəlki baş qərargah rəisi Həsən Firuzabadi isə ali liderin baş müşaviri təyin olunub.