İranda siyasi məhbusun barəsində edam hökmü çıxarılıb.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə insan haqları təşkilatları məlumat veriblər.
Bildirilib ki, Gilan əyalətinin Rəşt şəhərindəki Lakan həbsxanasında saxlanılan 36 yaşlı Mənuçehr Fəllah haqqında ölüm hökmü verilib.
Mənbələrin məlumatına görə, o, İran Xalq Mücahidləri Təşkilatına üzv olmaqda təqsirləndirilib və "Silahlı üsyan yolu ilə milli təhlükəsizliyə xələl gətirmək" ittihamı üzrə mühakimə olunub.
Qaynar xətt:
(055) 224 12 12