İranda zəlzələ olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, yeraltı təkan yerli vaxtla bu gün saat 03.44-də Şərqi Azərbaycan əyalətinin ərazisində, Təbriz şəhərindən 100 km aralıda qeydə alınıb. Episentrdə zəlzələnin maqnitudası 4,9 olub. Zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb, bir neçə tikili dağılıb.
Hadisə yerində xilasedicilər işləyir.
İ.F.