İran öz hava məkanını hələ də açmayıb, bu barədə aidiyyəti qurum tərəfindən rəsmi qərar verilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə YJC agentliyi İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl "Flightradar24" platforması İranın hava məkanının beynəlxalq uçuşlar üçün qismən açıldığını bildirmişdi.
İranın hava məkanı beynəlxalq uçuşlar üçün açıq elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Flightradar24" "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"İranın hava məkanı indi əvvəlcədən icazə verildiyi təqdirdə Tehrana beynəlxalq gəliş və gedişlər üçün açıqdır", - deyə paylaşımda bildirilir.
Qeyd edək ki, bundan əvvəl İran hökuməti İsrailin zərbələri fonunda hava məkanının bağlandığını elan etmiş və bu qadağanın müddəti bir neçə dəfə uzadılmışdı.
İran ölkədəki bütün daxili və beynəlxalq uçuşların ləğvini çərşənbə günü saat 13:30-a (Bakı vaxtı ilə 14:00 - red.) qədər uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" məlumat verib.
Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar. Gərginlik hələ də davam edir.