İran İslam Respublikasını OPEC-də təmsil edən Hüseyn Kazımpur Ərdəbili 68 yaşında vəfat edib.
TASS xəbər verir ki, H.Kazımpur bu gün səhər ölüb.
Agentlik bildirir ki, H.Kazımpur mayın əvvəllərində beyindaxili qanaxma nəticəsində komaya düşüb.
H.Kazımpur İranın Yaponiyada səfiri olub. O, 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsinin imzalanmasında yaxından iştirak edib.