İranın Qərbi Azərbaycan əyalətində qar uçqunu olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu Qərbi Azərbaycan əyalətinin təcili tibbi yardım xidmətinin rəhbəri bildirib.
Hadisə Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin Bivaran kəndində baş verib. Qar uçqunu nəticəsində 4 nəfər həyatını itirib, 2 nəfər itkin düşüb. Ümumilikdə 15 nəfər xəsarət alıb, 6 nəfər xəstəxanaya yerləşdirilib.
Xilasetmə işləri davam etdirilir.
N.O.