İranın yüksək səviyyədə zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılmasına razılıq verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Oxu.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" informasiya agentliyi xəbər yayıb.
Daha əvvəl "Al-Hadath" telekanalı öz mənbələrinə istinadən rəsmi Tehranın uran ehtiyatlarını Çinə çıxarmağa hazır olduğunu iddia etmişdi.
"Hazırda mövcud olan memorandumun mətnində nüvə materiallarının ölkədən çıxarılmasına hazır olmaq ilə bağlı heç bir müddəa yoxdur", - deyə agentliyin məlumatında qeyd olunub.
Agentlik həmçinin vurğulayıb ki, İran bu saziş üzrə nüvə sahəsində öz üzərinə hər hansı bir öhdəlik götürmür.
İran ABŞ ilə münaqişənin nizamlanması çərçivəsində öz ərazisindən yüksək səviyyədə zənginləşdirilmiş uranın çıxarılmasına hazır olduğunu bildirib.
Oxu.Az bildirir ki, bu barədə "Al Hadath" telekanalı yüksəkvəzifəli mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tehran yüksək səviyyədə zənginləşdirilmiş uranın Çinə göndərilməsini əsas şərt kimi irəli sürür.
"Al Hadath"ın həmsöhbətləri həmçinin qeyd ediblər ki, İslam Respublikası ABŞ ilə danışıqlarda irəliləyiş əldə etməzdən əvvəl Çindən zəmanət almağa çalışır.