İraqın Hərbi Hava Qüvvələri (HHQ) Mosula endirdiyi aviazərbələrin gedişatında “İslam dövləti” (İŞİD) terror təşkilatına sədaqət andı içən “Cund əl-Xilafə” (Xilafət əsgərləri) terror qruplaşmasının liderlərindən birini zərərsizləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə “Əs-Sumariya” telekanalında məlumat yayılıb.
Məlumata görə, yaraqlıların şəhərin mərkəzində yerləşən qərargahına aviahücum nəticəsində daha yeddi yaraqlı məhv edilib.
Mosulun İŞİD yaraqlılarından azad edilməsi üzrə yerüstü hərbi əməliyyat oktyabrın 17-də başlayıb. İraqın hökumət qoşunlarından başqa əməliyyatda həmçinin kürd qruplaşmaları, eləcə də ABŞ-ın rəhbərlik etdiyi terror əleyhinə beynəlxalq koalisiya da iştirak edir. İraqın ikinci böyük şəhəri olan Mosul iki ildən artıqdır ki, İŞİD-in nəzarəti altındadır.
N.O.
www.oxu.az