İraq kəşfiyyatı Ukrayna maraqları naminə fəaliyyət göstərən və ölkə ərazisindəki obyektlərin atəşə tutulmasında iştirak edən bir qrup silahlını saxlayıb.
Oxu.Az "Shafaq" nəşrinə istinadən xəbər verir ki, bu barədə İraqın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qasım əl-Abudi "Dijlah TV" telekanalının efirində məlumat verib.
Müşavir bildirib ki, İraq ərazisində müxtəlif obyektlərə hücum edən və partlayışlar törədən bir qrup saxlanılıb. Onlar dindirilmə zamanı Ukraynaya işlədiklərini etiraf ediblər.
Məmur hücuma məruz qalan obyektlərin siyahısını açıqlamayıb. Əl-Abudinin sözlərinə görə, atəşə tutulma insidentləri ilə bağlı istintaq prosesi mürəkkəb xarakter daşıyır və hər hansı bir tərəfə qarşı ittiham irəli sürməzdən əvvəl daha dəqiq araşdırma tələb edir.