Ermənistanın İrəvan şəhərindəki gözəllik salonlarından birində atışma baş verib.
Oxu.Az news.am saytına istinadən xəbər verir ki, hadisə salonun zirzəmisində baş verib.
Atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılarda biri isə xəstəxanaya çatdırılsa da, reanimasiya şöbəsində keçinib.
Polis hadisənin təfərrüatını araşdırır.
A.M.