İŞİD terror qruplaşmasının başçıları Suriyanın Rəqqa və İraqın Mosul şəhərindən Suriyanın Əl Mayədin şəhərinə qaçıblar.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Deyr ez Zor əyalətinin Əl Mayədin şəhəri Ərəfat çayı sahilində, İraqla birbaşa sərhəddə yerləşir.
Qeyd edək ki, Mosulun azad olunması əməliyyatı 2016-cu ildən davam edir. Şəhərin şərq hissəsi artıq terrorçulardan tam təmizlənib.
İŞİD-in qeyri rəsmi paytaxtı elan edilən Rəqqa 2013-cü ildən terrorçuların nəzarətindədir.
A.S.
www.oxu.az