“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının bir neçə lideri “paytaxtı” hesab edilən Rakka şəhərini tərk ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən “New York Times” qəzeti məlumat yayıb.
Nəşrin həmsöhbətləri Rakkadan qaçan İŞİD liderlərinin Suriya və İraqın “daha təhlükəsiz” şəhərlərinə yerləşmək niyyətində olduqlarını bildiriblər. Məlumata görə, Rakkada terror qrupun 3-4 min yaraqlısı qalıb.
Daha öncə Pentaqon nümayəndəsi İŞİD-in rəhbəri Abu Bəkr əl-Bağdadinin Mosulda olmadığını bildirmişdi. Fevralın ortalarında İraq hərbçiləri əl-Bağdadinin Suriyanın Rakka şəhərindən ölkə ərazisinə keçdiyini bəyan etmişdilər.
N.О.
www.oxu.az