“İslam dövləti” terror qruplaşması Rusiyanın Surqut şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Reuters” yaraqlıların Amaq agentliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, avqustun 19-da Rusiyanın Surqut şəhərində naməlum şəxsin insanlara bıçaqla hücum etməsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polisin hücum edən şəxsi zərərsizləşdirib. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
S.B.
www.oxu.az