"İspaniya Tehranda yenidən səfirlik açacaq".
Oxu.Az-ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares jurnalistlərə müsahibəsində məlumat verib.
O bildirib ki, İspaniya regionda sülhə nail olmaq ümidi ilə Tehrandakı səfirliyini yenidən açacaq.