Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İspaniyada daşqın nəticəsində ölənlərin sayı 150-ni ötdü: Onlarla yol hələ də bağlıdır
İspaniyanın şərqindəki Valensiya muxtariyyətində güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ən azı 155 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "X"də (keçmiş "Twitter") regional Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Təbii fəlakət səbəbindən onlarla yol hələ də bağlıdır, dəmir yolu əlaqəsi pozulub, infrastruktura ziyan dəyib. 70 minə yaxın ev işıqsız qalıb. Oktyabrın 31-də ölkənin bəzi bölgələrində, o cümlədən Valensiyada hava ilə bağlı xəbərdarlıq qüvvədə saxlanılıb.
Hazırkı fırtına İspaniya tarixinin ən dağıdıcı təbii fəlakətlərindən birinə çevrilib.
İspaniyada güclü yağışla müşayiət olunan və daşqınlara səbəb olan tufan nəticəsində ölənlərin sayı artıb.
Oxu.Az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Son məlumata görə, təbii fəlakət nəticəsində azı 140 nəfər ölüb.
İspaniyada intensiv yağışlar və sel azı 104 nəfərin həyatına son qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə ABC nəşri məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, 92 nəfər Valensiyada, iki nəfər Madridin cənubunda və daha bir nəfər Malaqada həyatını itirib.
İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ölənlərin sayı 95-i keçib.
Oxu.Az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, Valensiyada bir gün ərzində illik yağıntı norması düşüb. Bu yağıntı 2021-ci ildən bəri Avropada ən çox ölüm və fəlakət törədən daşqınlara səbəb olub.
Qeyd olunur ki, ölənlərin sayının artımı gözlənilir. Vilayətdə yollar bağlanıb, dəmir yolu nəqliyyatı dayandırılıb. Portağal istehsalçısı olan fermalar dağılıb. Həmçinin fırtına digər bölgələrə də zərbə vurub.