İspaniyada paytaxt Madrid ətrafında şagirdləri daşıyan avtobus aşıb.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Qəza Fuenlabrada şəhərində baş verib. Avtobus dairəvi hərəkət olan yol kəsişməsində dönmə əməliyyatını düzgün yerinə yetirə bilməyib.
Leqanesdəki kollecə istiqamətlənən avtobusda 11-13 yaşlı 25 şagird olub.
Uşaqlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər onları müayinə edirlər.
N.O.
www.oxu.az