“Mən və Minsk qrupunun digər həmsədrləri yanvarın 9-da edilən bəyənata sadiq qalırıq”.
Oxu.Az xəbər verir ki, bu barədə news.am saytına verdiyi bəyanatda ATƏT-in Minsk qrupunun həmsədri Riçard Hoqland bildirib.
O bildirib ki, həmsədrlər beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, xüsusilə ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanan uzunmüddətli tənzimlənməyə yönəlmiş danışıqları təmin etmək üçün səyləri davam etdirəcəklər.
“Tərəflər səylərimizin xeyirli olduğuna inananadək biz münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçiliyimizi davam etdirəcəyik. Münaqişənin həllində tərəflərin məhz liderlərinin insanlara sülh və rifah gətirəcək ədalətli və davamlı tənzimlənmə üçün iradə nümayiş etdirməsi vacibdir”.
N.O.
www.oxu.az