Tehrana qarşı hərbi əməliyyata başlayandan sonra İsrailə cavab zərbəsi endirən İran bütün qırmızı xətləri keçib.
Oxu.Az "Ynet"ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
"İran İsrailin əhalinin sıx məskunlaşdığı mülki ərazilərinə raketlər atmağa cəsarət edərək bütün qırmızı xətləri keçdi. Biz İsrail vətəndaşlarını müdafiə etməyə davam edəcəyik və rejimin cinayət əməllərinə görə çox yüksək qiymət ödəməsini təmin edəcəyik", - nazir deyib.