İsrail ordusu Suriya ərazisinə zərbə endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, zərbə Suriyanın cənubundakı Məzrət Beyt-Cin yaşayış məntəqəsinin ətraf ərazilərinə endirilib.
Zərbənin hədəfində HƏMAS hərəkatının üzvü olub, lakin onun adı açıqlanmır.