İsraildə avtobus İordan çayının qərb sahilində sıldırımdan dərəyə aşıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən RİA Novosti məlumat yayıb.
İsrailin Milli Tibb Xidmətinin məlumatına görə, hadisə nəticəsində ən azı iki nəfər ölüb, 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Həkimlər zərərçəkənlərdən dördünün vəziyyətini kritik qiymətləndirirlər.
Avtobus güclü küləyə görə yolundan çıxıb və qayadan aşıb. Həkimlərin hadisə yerinə çatması çətinləşib, yaralılar helikopterlə xəstəxanaya çatdırılıblar.
N.O.
www.oxu.az