İsrailin iyunun 23-də Tehrandakı Evin həbsxanasına endirdiyi zərbələr nəticəsində 71 nəfər həlak olub.
Oxu.Az bu barədə "Mehr" agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, ölənlər arasında inzibati heyətin əməkdaşları, müddətli əsgərlər, məhbuslar, məhbus ailələrinin üzvləri, habelə həbsxana yaxınlığındakı evlərin sakinləri var.
Zərbələr zamanı xeyli sayda insan da yaralanıb. Onların sayı açıqlanmır.