İstanbul metrosunda qatarın relsdən çıxması nəticəsində azı üç nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar.
Hadisədən sonra xətt üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Qəzanın səbəbləri araşdırılır.
Türkiyənin İstanbul şəhərində metro qatarı relsdən çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, sərnişinlər tunel vasitəsilə təxliyə ediliblər, xəsarət alanlarla bağlı məlumat verilməyib. Qatar Kadıköy rayonundan Sabiha Gökçen hava limanı istiqamətində hərəkət edirmiş.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.