İtaliya prezidenti Sergio Mattarella ölkənin baş naziri Matteo Rentsinin istefasını qəbul edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Reuters nəşri yayıb.
Cümə axşamı, dekabrın 8-də, hökümətin gələcək tərkibi barədə məsləhətləşmələr başlayacaq. Gözlənilir ki, bundan sonra, ölkə prezidenti hazırki Nazirlər Kabinetinin üzvündən və ya Demokratlar partiyasından olan digər siyasətçidən yeni hökümətin formalaşdırılmasını istəyəcək.
Qeyd edək ki, İtaliyada növbəti parlament seçkiləri 2018-ci ildə keçiriləcək.
S.B.
www.oxu.az