Neapol yaxınlığında - Torre-Annuntsiatada iki mərtəbəli ev uçub.
Oxu.Az-ın məlumatına görə, bu barədə ANSA İtaliyanın yanğınsöndürmə xidmətinə istinadən xəbər verir.
İlkin məlumatlara əsasən, dağıntılar altında səkkiz nəfərdən ibarət iki ailə qala bilər.
Hadisə yerinə yanğınsöndürmə xidməti, könüllülər gəliblər. Hadisənin səbəbləri araşdırılır.
N.О.