Bu gün mərhum müğənni Rüfət Mehdiyevin doğum günüdür.
Oxu.Az xəbər verir ki, R.Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub.
O, Bakı Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik fəaliyyətinə başlayıb. “Space” televiziyasında hazırlanmış “Qış nağılı” (2004) və “Baharın nağılı” (2008) layihlərində çəkilib.
İfasında dinlədiyimiz “Darıxdım”, “Həyatı sevirəm”, “İl keçdi” və s. kimi mahnılar hələ də onu xatırlayanların yaddaşındadır.
1 fevral 2011-ci il tarixində insultdan dünyasını dəyişib. Nizami rayon qəbiristanlığında dəfn edilib.
A.S.
www.oxu.az