Kolumbiyanın Milli Azadlıq Ordusunun (ELN) sol radikal təşkilatının üzvləri Niderlanddan olan iki jurnalisti oğurlayıblar.
Oxu.Az bu barədə Reuters-ə istinadən xəbər verir.
Qeyd edilir ki, televiziya jurnalisti Derk Yoxannes Bolt və operator Yeucino Ernest Mari Venesuela ilə həmsərhəd olan El-Tarra şəhərində iş vaxtı oğurlanıblar.
Hazırda Kolumbiya hərbçiləri itkin düşmüş jurnalistlərin axtarışı ilə məşğuldurlar.
S.S.
www.oxu.az