23, 24, 25 İyun “Fairmont Baku” hoteli bundan öncə yalnız Monako və St.Tropez kimi eksklüziv məkanlarda görülmüş əyləncəni Bakıya gətirəcək. “H20 pool bar & grill” və Alov Bar Fransız aşbaz Jeremy Cayron-un, fərqli ölkələrə çoxsaylı səyahətlərindən ilhamlanan və bu tədbir üçün özəl olaraq hazırladığı menyusu, fərqli musiqi ilə unudulmaz bir ab-hava yaradacaq.
Alov Qüllələri kompleksinin tam mərkəzində keçiriləcək bu tədbirlər silsiləsi eksklüziv yemək çeşidləri və şampan təklifləri ilə keçirdiyiniz vaxtı daha da qeyri-adi və maraqlı edəcək.
Tədbirin xüsusi qonağı, Asiyadan olan məşhur və eyni zamanda da öz cazibədarlığı ilə seçilən, supermodel ulduz DJ ANGİE VU HA öz DJ dostları ilə birgə qonaqlara zövqlü musiqilərlə unudulmaz anlar yaşadacaq. Model təcrübəsinə rəğmən, o, dünyanın ən tanınmış klublarında performansı ilə qəlbləri fəth etməyi bacarıb.
Bununla “Fairmont Baku” hoteli yay mövsümünün həftə sonu silsilə tədbirlərinə davam edir və bu, yaddaşlarda unudulmaz xatirələrə çevriləcək.
Ətraflı məlumat və ya masa sifariş etmək üçün əlaqə:
baku@fairmont.com | +99455 4 007 007
Fairmont Baku Haqqında
Azərbaycanın füsunkar gözəlliyə malik paytaxtı Bakı şəhərinin ən yüksək nöqtələrindən birində müasir dövrün ən qeyri-adi və orijinal tikinti komplekslərindən biri olan “Alov Qüllələri” yerləşir. Bu komleksin alov formasında işlənmiş üç qülləsi odlar yurdunun tarixi rəmzini ifadə edir. Fairmont hoteli HOK International şirkəti tərəfindən layihələndirilən bu çoxfunksiyalı kompleksin ən şimal zirvəsində yerləşir; oteldə 318 otaq, lyuks otaqlar və yaşayış mənzilləri, ümumi sahəsi 2300 kv. metrdən artıq olan konfrans zalları, ESPA spa-mərkəzi, fitnes və üzgüçülük hovuzu, Nur Lounge və o cümlədən fransız restoranı Le Bistro mövcuddur. Azərbaycanda yerləşən ən hündür bina olmaqla yanaşı, Alov Qüllələri həmçinin çox uğurlu məkanı ilə seçilir, belə ki, kompleks Azərbaycanın Parlament binasının və İçəri Şəhərin yaxınlığında yerləşərək Xəzər dənizinə açılan mükəmməl mənzərəyə malikdir.
Ətraflı məlumat və ya rezervasiya üçün: fairmont.com/baku.