Kanada ABŞ prezidenti Donald Trampın ölkəyə girişin məhdudlaşdırılması haqqında fərmanı ilə əlaqədar kənarda qalan miqrantlara müvəqqəti sığınacaq verməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin immiqrasiya işləri üzrə naziri Əhməd Hüseynə istinadən “Reuters” məlumat yayıb.
Onun sözlərinə görə, Trampın fərmanının nəticələri Kanada üçün minimal olub.
ABŞ prezidenti Donald Tramp yanvarın 27-də Suriya qaçqınlarının qəbul edilməsini və 120 gün müddətində digər ölkələrdən mühacirlərin qəbul edilməsinin dayandırılmasına dair fərman imzalayıb. Fərmana görə, ABŞ-da yaşama hüququ və ya diplomatik vizası olmayan İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşları Amerikaya uçuşlardan imtina etməlidirlər.
N.O.
www.oxu.az