İrlandiyalı jurnalist Çey Bouz partiyasının seçkilərdə qalib gəlməsindən sonra klubda rəqs edən Kanadanın Baş naziri Mark Karninin davranışını ələ salıb.
Oxu.Az-ın xəbərinə görə, jurnalist bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Biabırçılıq kralı", - deyə o, paylaşımda yazıb.
Bouzun şərh verdiyi videoda 60 yaşlı siyasətçinin gecə klubunda qırmızı sviterdə rəqs etdiyi kadrlar əks olunub.
Xatırladaq ki, Mark Karni 2025-ci ilin martında Castin Trüdonu əvəzləyərək Kanadanın baş naziri vəzifəsini tutub.